TÖVSİYƏ XƏBƏRLƏR

Rəşad Nəbiyev Qusarda vətəndaşları qəbul edəcək

İyunun 5-i saat 10:00-da rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində Quba, Xaçmaz və Qusar rayonlarının sakinlərini qəbul edəcək. Bu barədə 26 may tarixində Nazirlik məlumat verib.

Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, televiziya və radio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula yazılmaq üçün iyunun 3-nə qədər nazirliyin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə müraciət etmək mümkündür.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx