Noyabrın 14-ü saat 09:30-da rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Salyan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar rayonlarının sakinlərini qəbul edəcək. Bu barədə 3 noyabr tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat verib.
Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Qəbula noyabrın 13-nə qədər nazirliyin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.