TÖVSİYƏ XƏBƏRLƏR

Rəşad Nəbiyevin vətəndaş qəbulunun vaxtı dəyişib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin oktyabrın 9-da Zaqatala şəhərində Şəki, Qax, Zaqatala və Balakən rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Bu barədə 3 oktyabr tarixində Report məlumat verib.

Qəbul oktyabrın 16-sı saat 09:30-da Zaqatala şəhərində yerləşən Heydər Əliyev Mərkəzində olacaq.

Qəbula oktyabrın 13-nə qədər nazirliyin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.