TÖVSİYƏ XƏBƏRLƏR

Rəsmi Bakı Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqton görüşündən imtina edib

“ABŞ-dən Azərbaycana yüksək səviyyəli səfərlərin mümkünlüyünü yersiz hesab edirik”. Bu fikirlər Azərbaycan XİN-in ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində verdiyi əsassız açıqlamalarına dair şərhində yer alıb.

Bu barədə 16 noyabr tarixində Xarici İşlər Nazirliyi məlumat verib.

Bildirilib ki, ABŞ tərəfinin Azərbaycana münasibətdə ABŞ-nin təşəbbüsü ilə keçirilən yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və “ikitərəfli münasibətlərimizdə “əvvəlki kimi“ola bilməz” bəyanatına gəlincə isə qeyd etmək lazımdır ki, münasibətlər birtərəfli ola bilməz.

“Beləliklə, eyni yanaşma Azərbaycan tərəfindən də bərabər şəkildə tətbiq olunacaqdır. Belə bir şəraitdə ABŞ-nin Azərbaycana yüksək səviyyəli səfərlərinin mümkünlüyünü də yersiz hesab edirik”, – şərhdə deyilir.