Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Qusar, Şahdağ, Sabirabadda arabir leysan xarakterli yağış yağıb. Bu barədə İnsanoid Milli Hidrometeorologiya Xidmətinə istinadən bu gün, 25 sentyabr tarixində xəbər verir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 26 dərəcəyədək, Naxçıvan MR-da 25 dərəcəyədək, Aran rayonlarında 26 dərəcəyədək, dağlıq rayonlarda 13 dərəcəyədək isti qeydə alınıb.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti sentyabrın 26-sı gündüzədək davam edəcək, 27-də havanın sabit, əsasən, yağmursuz keçəcəyi gözlənilir.