Rayonlardakı hotel və istirahət mərkəzlərində qiymətlərin ucuzlaşma səbəbi

Azərbaycanın rayonlarında yerləşən hotel və istirahət mərkəzlərində qiymətlər 30%-ə qədər ucuzlaşıb. Bu baradə sentyabrın 6-da ekspert Ceyhun Aşırov Trend-ə məlumat verib.

Ekspertin sözlərinə görə qiymətlərin uçuzlaşmasının bir necə səbəbi var.

“Sentyabrın 1-dən ölkədə müxtəlif məkanlara girişdə tətbiq edilən COVID-19 pasportu tələbi turizm sektorunda aktivliyi azaldıb. Vaksin olunanların sayı artdıqdan sonra müəyyən aktivləşmənin olması ehtimal edilir”, – Ceyhun Aşırov söyləyib.

Ekspertin rəyinə görə, hotel və istirahət mərkəzlərində qiymətlərin azalmasının digər səbəbi yeni mövsümə keçid ilə bağlıdır. Həmçinin yeni təhsil ilinin başlanmasına az bir zaman qaldığı üçün ailəvi istirahətə gedənlərin sayında da azalma müşahidə olunur.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Rayonlardakı hotel və istirahət mərkəzlərində qiymətlərin ucuzlaşma səbəbi”

Tövsiyə xəbərlər