TÖVSİYƏ XƏBƏRLƏR

Razi Əliyevanı döyən şəxs həbs edilib

Vətəndaş Raziyyat (Razi) Əliyevaya qarşı fiziki zorakılıq və digər qanunazidd hərəkətlər törədən Ziya Hüseynzadə həbs edildi. Bu barədə 2 iyun tarixində Daxili İşlər Nazirliyi məlumat verib.

Vətəndaş Raziyyat (Razi) Əliyevanın tanışı Ziya Hüseynzadə tərəfindən fiziki zorakılığa və digər qanunazidd hərəkətlərə məruz qalması barədə məlumatlar polis tərəfindən araşdırılıb.

Araşdırmalarla məlum olub ki, Z.Hüseynzadə mayın 26-da R.Əliyevanın Qaradağ rayonunun Lökbatan qəsəbəsində anasına məxsus mənzilinə hücum edərək nalayiq ifadələr səsləndirib zor tətbiq etməklə giriş qapısını zədələyərək ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən xuliqanlıq hərəkətləri törədib.

Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlanılıb, Z.Hüseynzadənin cinayət törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən bu gün həbs edilib.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx