Ərdoğan: Azərbaycan Ermənistanla sülh sazişi üçün danışıqlara başlamağı təklif edir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 29-da Bosniya və Herseqovinaya səfərindən sonra jurnalistlərin suallarını cavablandırarkən, Azərbaycanın Ermənistana sülh sazişi üçün danışıqlara başlamağı təklif edtiyini deyib.

Ərdoğan qeyd edib ki, hazırda sülhü və sabitliyi daimi etməli, iqtisadi inkişaf və regional əməkdaşlıq üçün şərait yaratmalıyıq:

“Yaxın tarix düşmənçilik mənbəyi olmamalıdır. Azərbaycan Ermənistanla hərtərəfli sülh sazişi üçün danışıqlara başlamağı təklif edir. Bu tarixi fürsətdən yaxşı istifadə etmək istəyən bütün tərəflərlə işləməyə hazırıq. 5 və ya 6 platforma tövsiyəmiz var. Bu platformaya Türkiyə, Azərbaycan, Rusiya, İran və Ermənistan daxildir. Hətta dedik ki, bura Gürcüstanı da daxil etməliyik. Platforma bu şəkildə qəbul olunsaydı, düşünürəm ki, bölgə daha rahat olardı. Çünki bölgədə dəmir yolu və avtomobil yollarının çəkilməsinə ehtiyac var.”

 

 

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Ərdoğan: Azərbaycan Ermənistanla sülh sazişi üçün danışıqlara başlamağı təklif edir”

Tövsiyə xəbərlər