Reklam agentliyi sahibkarlara müraciət edib

Reklam agentliyi sahibkarlara müraciət edib

ADRA sahibkarlara müraciət edib. Bu barədə İnsanoid agentliyin mətbuat xidmətinə istinadən bu gün, 24 yanvar tarixində məlumat verir.

Açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarlar icazələrin alınması üçün Dövlət Reklam Agentliyinin (ADRA) regional reklam idarələri ilə yanaşı, “Bakı KOB evi”nə də müraciət edə bilərlər.

Bu xidmətin təşkili məqsədilə Bakı, Xaçmaz və Yevlax şəhərlərində yerləşən KOB evlərində Dövlət Reklam Agentliyinin xidmət masaları fəaliyyət göstərir.

Sahibkarlar bu xidmət masalarına yaxınlaşmaqla açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi, bununla bağlı informasiya və lazımi sənədlər barədə məlumat ala, eləcə də hazır sənədi götürə bilərlər.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx