“Tədrisin ilk günü olduğu üçün tələbələri qohumlarının müşayiət etməsi və tədris bitənədək onları gözləməsi universitetin önündə sıxlığa səbəb olur”.
Bunu BDU-nun rektoru Elçin Babayev sentyabrın 29-da universitetin qarşısındakı izdiham barədə danışarkən bildirib.
Rektorun sözlərinə görə, müşahidə edilən sıxlıq ənənəvi tədrisin təşkilinə çətinlik yaradır: “Bu səbəbdən valideynlərdən övladlarını müşayiət etməmələrini xahiş edirik”.
Qeyd edək ki, bugün, sentyabrın 29-da V-XI siniflərdə və ali məktəblərdə dərslər başlayıb.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.