“Report” İnformasiya Agentliyinin montajçısı, Vətən müharibəsi veteranı Məmmədov Səbuhi Ədalət oğlu faciəvi şəkildə vəfat edib. Bu barədə 31 may tarixində Report məlumat verib.
Səbuhi Məmmədov Bakıda, yaşadığı mənzildə dəm qazından boğularaq dünyasını dəyişib.
2000-ci ildə Şirvan şəhərində dünyaya gəlmiş Səbuhi Məmmədov 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsində iştirak edib. Səbuhi Məmmədov Xocavənd rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. O, “Xocavəndin azad edilməsinə görə” medalı ilə təltif edilib.
Bundan başqa, Səbuhi Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.