Yanvarın 22-də 2021-2022-ci tədris ili üzrə respublika fənn olimpiadalarının birinci mərhələsi keçiriləcək. Bu haqda yanvarın 21-də Təhsil Nazirliyi məlumat verib.
Ümumilikdə 32 mindən çox şagird qeydiyyatdan keçib.
Olimpiadalar riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə keçiriləcək.
Fənn olimpiadalarının təşkilində məqsəd istedadlı uşaqların aşkarlanması, şagirdlərdə fənlərə olan marağın artırılması, onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə yardım etməkdir.