TÖVSİYƏ XƏBƏRLƏR

Respublika Psixiatriya Xəstəxanasının vəzifəli şəxsi həbs edilib

Respublika Psixiatriya Xəstəxanasının vəzifəli şəxsi həbs edilib. Bu barədə 6 fevral tarixində Baş Prokurorluğun Mətbuat xidməti məlumat verib.

Belə ki, Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin şöbə müdiri Hüseyn Seyidovun müalicə edilmədən tibbi sənədlərdən çıxarışların verilməsi müqabilində xəstələrdən rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı baş idarədə başlanmış cinayət işi üzrə Hüseyn Seyidova “vəzifə səlahiyyətlərindən sui-istifadə etmə”, “rüşvət alma təkrar törədildikdə” və “vəzifə saxtakarlığı” maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx