Bu il sentyabrın 1-nə respublika üzrə uçotda olan 1 milyon 379 min 592 vergi ödəyicisinin 87,5%-i fiziki şəxs, 12,5%-i hüquqi şəxs və digər təşkilatlar olub. Bu barədə 13 sentyabr tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 88 027 (6,8%), o cümlədən fiziki şəxslərin sayı 73 616 (6,5%), hüquqi şəxslərin sayı isə 14 411 vahid (9,2%) artıb.
Kommersiya qurumlarının sayı 10% artaraq 155 735 vahid təşkil edib.