Paytaxtın Səbail rayonunda aprelin 5-də restoranın lifti qırılıb. Nəticədə 2 nəfər xəsarət alıb. Bu barədə APA Səhiyyə Nazirliyinə istinadən xəbər yayıb.
Restoranlardan birində liftin qırılması nəticəsində 34 və 44 yaşlı şəxslər çoxsaylı xəsarətlər alıblar. Onlar Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdiriliblər.