Bakının Nərimanov rayonunda yerləşən obyektlərin birindən içərisində 63 min manat olan seyf oğurlanıb. Bu haqda yanvarın 31-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, polisə faktla bağlı müraciət yavarın 24-də daxil olub.
Həyata keçirilən əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Burxan Əliyev və tanışı Orxan Əliəkbərov saxlanılıblar. Onlar seyfi Mehdiabad qəsəbəsinə – Burxan Əliyevin evinə apararaq orada sındırıblar. Oğurlanan pulun bir hissəsi polis tərəfindən aşkar edilərək maddi sübut kimi götürülüb.
Qeyd edək ki, oğurluq təhlükəsizlik kameraları vasitəsilə qeydə alınıb.
Faktla bağlı cinayət işi başlanılıb.