TÖVSİYƏ XƏBƏRLƏR

Robert Menendes istefa verib

Ermənilərin “himayədarı” müvəqqəti istefa verib. Bu barədə İnsanoid Haber Global-a istinadən bu gün, 23 sentyabr tarixində xəbər verir.

Robert Menendes Amerika hüquq-mühafizə orqanları tərəfindən ona qarşı irəli sürülən korrupsiya ittihamları ilə əlaqədar ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən müvəqqəti olaraq istefa verib.

Bu barədə ABŞ Konqresinin yuxarı palatasının demokrat çoxluğunun rəhbəri Çak Şumer məlumat verib.

Ermənipərəst senator son 10 ildə ikinci dəfə korrupsiyada ittiham edilib. Senatın Tarix Bürosunun məlumatına görə, 69 yaşlı Menendes “ABŞ tarixində iki dəfə cinayətdə ittiham olunan ilk senator” kimi qeydə alınıb.