Şərqi Zəngəzur və Qarabağ meşələrinin 25%-i ermənilər tərəfindən məhv edilib

İşğaldan əvvəl Şərqi Zəngəzur və Qarabağda mövcud olan 230 min hektar meşədən 54 min hektarı, yəni 25%-i qırılıb. Bunu sentyabrın 21-də ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

Nazir müavini deyib ki, işğal dövründə 100 min hektar ərazidə məqsədli yanğınlar törədilib: “Müharibə dövründə ağ fosfor tərkibli mərmilərdən Şuşa ətrafında istifadə edilib”. Bəsitçay Dövlət Qoruğunun yarıdan çox hissəsində çinarlar məhv edilib.

Digər xüsusi mühafizə olunan Qaragöl Dövlət Təbiət Qoruğunun mühafizə zonası ekoloji cəhətdən gərgin vəziyyətə salınıb. Göldə qoruma altında olan qızılxallı balıqlar demək olar ki, məhv olub.

Ərazidə rast gəlinən bitki növlərindən 20-si endemik növlərdir. 127 fauna növü “Qırmızı kitab”a salınıb. Meşələrdə bir-iki quş növündən başqa, hər hansı vəhşi heyvan növünə rast gəlmək olmur. Buna səbəb heyvanların işğal dövründə vəhşicəsinə ovlanması, ərazilərin minalanmasıdır.

 

 

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Şərqi Zəngəzur və Qarabağ meşələrinin 25%-i ermənilər tərəfindən məhv edilib”

Tövsiyə xəbərlər