Avqustun 13-də Rusiya Daxili İşlər Nazirliyi Azərbaycanın Belarus, Moldova və Pakistandakı keçmiş səfiri İsfəndiyar Vahabzadənin 50 il müddətinə Rusiya ərazisinə girişinə qadağa qoyulması haqqında qərar qəbul edib.
DİN bildirib ki, Rusiyaya, onun vətəndaşlarına və xaricdə yaşayan həmvətənlərinə qarşı arzuolunmaz hərəkətlərə çağırış edən əcnəbi vətəndaşlar ölkəyə buraxılmayacaq.
Avqustun 8-də Vahabzadə Jirinovskiyə müraciət edərək onu təhqir edib. O, Jirinovskini “donuz” adlandırıb.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.