Rusiya Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin (BQXC) Qarabağdakı erməniəsilli sakinlərə göndərdiyi yardım maşını Xankəndi istiqamətinə yola salınıb. Bu barədə Report 12 sentyabr tarixində xəbər verib.
Həmin avtomobili müşayiət edən əməkdaşının verdiyi xəbərə görə, artıq ərzaq maşını Ağdam rayonu ərazisində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidəki postu keçiblər.
Avtomobilin içərisində olan ərzaqlar Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan erməniəsilli sakinlərə çatdırılacaq.
Həmin yardım sentyabrın 10-da Qarabağdakı erməniəsilli sakinlərə çatmalı idi.
