Rusiya şirkətləri Qarabağda aparılan bərpa işlərinə qoşula bilər

Rusiya şirkətləri Qarabağda “ağıllı şəhər” tikintisinə qoşula bilər. Bu haqda sentyabrın 18-də Rusiya İxrac Mərkəzinin Azərbaycandakı nümayəndəsi məlumat verib.

“Noyabr ayında biz Bakıda Rusiya şirkətləri üçün “Smart City” biznes missiyasını keçirməyi planlaşdırırıq. Bu tədbirdə 30-dək şirkət iştirak edəcək. Missiyaya əsasən dəmir yollarının tikintisi və istismarı şirkətləri, iri avtomobil istehsalçıları cəlb olunacaq. Əsas məqsəd Azərbaycanda “ağıllı şəhər”lərin tikintisi ilə bağlı texnologiya və innovasiyaların cəlb olunmasıdır”, – deyə mərkəzin nümayəndəsi bildirib.

Bundan əlavə, işğaldan azad olunmuş torpaqların bərpa işlərində həm Türkiyənin, həm də İtaliyanın şirkətləri əməkdaşlıq edir. İtaliya şirkətləri enerji sistemində, Türkiyə isə nəqliyyat daxil olmaqla infrastrukturun formalaşmasında yaxından iştirak edir.

2021-ci ilin dövlət büdcəsindən Qarabağın bərpası üçün 2 milyard manat vəsait ayrılmışdır.

 

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Rusiya şirkətləri Qarabağda aparılan bərpa işlərinə qoşula bilər”

Tövsiyə xəbərlər