TÖVSİYƏ XƏBƏRLƏR

Rusiya Patriarxı Kirilin avtomobili qəzaya uğrayıb

Rusiya Patriarxı Kirilə məxsus olduğu iddia edilən “Aurus” Moskvanın mərkəzində qəzaya düşüb. Bu barədə İnsanoid Rusiya KİV-lərinə istinadən bu gün, 22 may tarixində xəbər verir.

Hadisə Sülh prospekti ilə Bolniçnıy döngəsinin kəsişməsində baş verib.

Hökumət dövlət qeydiyyat nişanlı “Aurus” “Volvo” markalı avtomobillə toqquşub.

Avtomobillərin toqquşması nəticəsində bir nəfər xəsarət alsa da, o, xəstəxanaya yerləşdirilməkdən imtina edib.

Patrirarxın avtomobildə olub-olmaması barədə məlumat yoxdur.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx