TÖVSİYƏ XƏBƏRLƏR

Rusiya Qarabağdakı erməniəsilli şəxslərə Ağdam-Əsgəran yolu vasitəsilə yardım göndərib

Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən Qarabağdakı erməniəsilli şəxslərə ərzaq və qeyri-ərzaq məhsullarından ibarət ümumilikdə 1 yük maşını ərzaq göndərilib. Bu barədə İnsanoid AzFront-a istinadən bu gün, 9 sentyabr tarixində xəbər verir.

Rusiya hökumətinin təşəbbüsü ilə göndərilən humanitar yardım Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, 14:30 radələrində Samur buraxılış məntəqəsindən Azərbaycan ərazisinə keçmişdir.

Ərzaq yardımının Ağdam-Əsgəran yolu vasitəsilə Xankəndi şəhərinə çatdırılması nəzərdə tutulub.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx