Rusiya Xarici İşlər Nazirliyi sosial şəbəkə hesabında Türkmənçay müqaviləsinə dair səhvi aradan qaldırıb.
Rusiya XİN-in rəsmi sosial şəbəkə səhifəsində yanlış məlumata müvafiq düzəliş edilib, “Şərqi Ermənistan” sözü çıxarılıb.
Qeyd edək ki, fevralın 22-də Rusiya XİN-in rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay müqaviləsi ilə bağlı təhrif olunmuş məlumat paylaşmışdır. Və sözügedən müqavilədə “Şərqi Ermənistan” sözü qeyd edilmişdir.
Azərbaycan XİN-i bununla bağlı açıqlama yaymış, Rusiya XİN-ni bu təhrifi aradan qaldırmağa çağırmışdır.