Rusiya Qızıl Xaç Cəmiyyətinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli şəxslərə göndərdiyi ərzaq dolu yük maşını ikinci gündür ki, Bərdə şəhərində gözləyir.
Bu barədə 11 sentyabr tarixində Report məlumat verib.
Qeyd edək ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli şəxslərin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları 1 ədəd TIR tipli nəqliyyat vasitəsinə yüklənərək göndərilib.