Su-34 bombardmançı təyyarəsi Belqorod şəhərinə bomba atıb.Bu barədə İnsanoid “İnterfaks”a istinadən bu gün, 21 aprel tarixində xəbər verir.
Hadisə aprelin 20-si axşam saatlarında baş verib.
Faktla bağlı araşdırmanın aparıldığı bildirilir.
Xəbər agentliyinin yaydığı məlumatda deyilir:
“2023-cü il aprelin 20-də Moskva vaxtı ilə saat 22:15-də (Bakı vaxtı ilə 23:15 – red.) Aerokosmik Qüvvələrin Su-34 təyyarəsinin Belqorod şəhəri üzərində uçuşu zamanı aviasiya sursatının atışı baş verib.
Nəticədə yaşayış binalarına ziyan dəyib, xəsarət alan yoxdur. Hazırda araşdırma aparılır”.