Şirvan şəhərində narkotiklərin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən Masallı rayon sakini Gülnarə Ağayeva saxlanılıb. Bu barədə DİN 13 avqust tarixində xəbər verib.
Baxış zamanı onun evindən sellofan bükümlərdə 742 qram olan “patı” və “şüşə” adlanan psixotrop maddə metamfetamin aşkar edilib.
Faktla bağlı cinayət işi açılıb.
DİN-in məlumatına əsasən, ötən il Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 5 mindən çox cinayət hadisəsi qeydə alınıb. Bu, ölkədə baş vermiş qanunsuz əməllərin 20%-ni təşkil edib.