TÖVSİYƏ XƏBƏRLƏR

Şəhid ailələrinin mənzil növbəsinə qeydiyyatı elektronlaşdırılıb

Avqustun 12-dən şəhid ailələri və müharibə əlillərinin mənzil növbəsinə qeydiyyat elektron formada e-xidmət vasitəsi ilə keçiliriləcək.

İcra Hakimiyyətlərinin əməkdaşları həmin vətəndaşların mənzil növbəsinə götürülməsi üçün tələb olunan məlumatları və sənədləri yerindəcə həmin e-xidmət sisteminə daxil edəcəklər.

Cari ildə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 3 minədək mənzil və fərdi ev verilməsi nəzərdə tutulub.

Sosial Xidmətlər Agentliyinin sədr müavininin sözlərinə görə, bu günə qədər şəhid ailələrinə və müharibə əlillərinə 9700 mənzil və fərdi ev verilib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx