Şəhid övladları üçün keçirilən düşərgənin 3-cü həftəsi başa çatıb

Avqustun 7-də Lənkəranda şəhid övladları üçün keçirilən “YAŞAT” düşərgəsinin üçüncü həftəsi başa çatıb. Düşərgədə şəhidlərin 8-11 yaşlı övladları iştirak ediblər.

Layihəni “YAŞAT” Fondu və “ASAN Könüllüləri” Təşkilatı hazırlayıb.

Düşərgənin beşinci günündə uşaqlar üçün hovuz əyləncəsi və psixoloqlarla görüş təşkil olunub. Layihənin bitməsi ilə əlaqədar iştirakçılara sertifikatlar təqdim edilib.

Şəhid övladları üçün “YAŞAT” düşərgəsi 12 iyul tarixindən başlayıb. İyulun 12-də Lənkəran şəhərində düşərgənin açılış mərasimi keçirilib. Layihə avqust ayının sonuna qədər daha üç dəfə baş tutacaq. Layihə çərçivəsində 8-18 yaşında olan uşaqlar üçün əyləncə saatlarının, ekskursiyalarının, dron istifadəsi təlimlərinin və konsert proqramının keçirilməsi nəzərdə tutulub.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx