Səhiyyə Nazirliyi: əks-göstəriş sertifikatının verilmə qaydası açıqlanıb

Səhiyyə Nazirliyinin nümayəndələri əks-göstəriş sertifikatının verilməsi ilə bağlı sentyabrın 10-da vətəndaşları maraqlandıran sualları cavablandırıblar.

Əks-göstəriş sertifikatı almaq istəyənlər xəstəlikləri barədə əsaslı sənədləri (həkim rəyi, aparılmış müayinələrin nəticələri) təqdim etməlidirlər. Əgər həmin şəxs xəstəliyin kəskin dövrünü yaşayırsa, onda xəstəlik tez-tez təkrarlanırsa həmin xəstələr üçün peyvənd əks-göstərişdir.

Allergiyanın kəskin dövründə olan xəstələr 2-4 həftə müalicə qəbul etdikdən sonra peyvənd oluna bilirlər. Vaksinin hər hansı komponentinə qarşı reaksiyası olan şəxslər təsdiqləyici sənəd təqdim etməlidirlər. Birinci dozadan sonra kəskin allergik reaksiyalar əmələ gəlsə bununla bağlı məlumatlar sənədləşdirilir və növbəti vaksinin vurulmaması üçün orada məlumat qeyd olunur ki, şəxsin vaksinə qarşı kəskin allergiyası yarandı.

Onkoloji və allergik xəstəliklər zamanı allerqoloqun, onkoloqun və s. mütəxəssislərin rəyi lazımdır. Müraciət zamanı əgər onkoloji xəstənin vəziyyəti stabildirsə,  onlar üçün o arayış əks göstəriş deyil. Lakin kimyaterapiya alan insanlar zəiflədici kimyaterapiyanı 2-4 həftəlik saxladıb, bu müddət ərzində peyvəndləməli və sonra kimyaterapiyanı davam etməlidir. Bu zaman onlara müvəqqəti əks göstəriş verilir.

Bugün əks göstəriş sertifikatına görə ən çox müraciətlər immun, allergik və onkoloji xəstəliklər, hamiləlik, südvermə və epilepsiya xəstəliyinə görədir.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Səhiyyə Nazirliyi: əks-göstəriş sertifikatının verilmə qaydası açıqlanıb”

Tövsiyə xəbərlər