Koronavirus əleyhinə vurulan peyvənddən 10 gün sonra olan qızdırma vaksinlə əlaqəli deyil. Bunu Səhiyyə Nazirliyinin mütəxəssisi Təyyar Eyvazov sentyabrın 15-də deyib.
Bildirilib ki, belə hallarda digər səbəbləri araşdırmaq lazımdır.
Ekspertin sözlərinə görə, aktiv xəstələr ictimai yerlərə çıxaraq yoluxma hallarını artırır. Həmçinin yüngül simptomlu xəstələr həkimə müraciət etmir. Belə ki, COVID-19-un bəzi simptomları kəskin respirator virusun əlamətləri ilə oxşar olduğu üçün xəstəlikdən xəbəri olmayan insanlar yoluxmanı artırmış olurlar.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.