Siqaret çəkən insanların koronavirus infeksiyasını daha yüngül keçirmələri ilə bağlı fikirlər əsaslı deyil. Bunu sentyabrın 23-də Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov Trend-ə bildirib.
“Əksinə uzun müddət siqaret çəkən insanların tənəffüs yollarında xroniki iltihablaşma gedir ki, bu da həmin insanlarda koronavirusa yoluxma zamanı daha ciddi ağırlaşmalara səbəb ola bilər”, – deyə mütəxəssis vurğulayıb.
Cəmiyyətdə yayılan fikirlərə görə, siqaret çəkən insanlar COVID-19-u yüngül keçirirlər və nikotin virusun ağciyərə düşməsini əngəlləyir.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.