Səhiyyə Nazirliyi vətəndaşlardan vaksin olunmalarını xahiş edib

Səhiyyə Nazirliyinin Media və Kommunikasiya şöbəsinin rəhbəri avqustun 7-də vaksinasiya ilə bağlı vətədaşlara müraciət edib.

Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların sayı yenidən artsa da, vaksinasiya prosesinin davam etdirilməsi səbəbindən ölüm faizində artım müşahidə edilmir.

“Peyvəndləndikdən sonra virusa yoluxan şəxslərin əksəriyyəti xəstəliyi çox yüngül simptomlarla keçirib və ya yoluxduqlarından xəbərsiz olublar. Buna görə də Səhiyyə Nazirliyi vətəndaşlardan vaxt itirmədən vaksin olunmalarını xahiş edir”, – deyə şöbə mudiri qeyd edib.

Qeyd edək ki, 16 avqust tarixindən etibarən sosial xidmətlər yalnız COVİD-19 pasportu və ya “immunitet sertifikatı” olan vətəndaşlara göstəriləcək.

Sentyabr ayının 1-dən isə 18 yaşdan yuxarı şəxslər yalnız COVİD-19 pasportu olduğu halda qapalı məkanlarda (iaşə, otel, böyük ticarət mərkəzləri) göstərilən xidmətlərdən istifadə edə biləcəklər.

Azərbaycanda COVİD-19 infeksiyasına qarşı peyvəndləmə prosesinə yanvarın 18-dən başlanılıb. Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 311 119 təşkil edir.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx