Sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 6,4 milyard manatdan çox investisiya yatırılıb və 9 700-dən çox daimi iş yeri yaradılıb. Bu barədə 31 mart tarixində İqtisadiyyat Nazirliyinin rəsmi səhifəsində məlumat verilib.
Məlumata əsasən, mövcud layihələr üzrə əlavə 400 milyon manatdan çox investisiyanın yatırılması və 3 200-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub.
Qeyd edək ki, sənaye zonalarında indiyədək 6,3 milyard manatlıq məhsul istehsal edilib və bunun 2 milyard manatlıq hissəsi dünyanın 35-dən çox ölkəsinə ixrac edilib.