TÖVSİYƏ XƏBƏRLƏR

Saatlıda qızıl oğurlayan keçmiş məhkum saxlanılıb

Saatlı rayonunda 2 sentyabr tarixində gecə saatlarında fərdi yaşayış evlərinin birindən 1 500 manat dəyərində qızıl-zinət əşyaları, 2 150 manat pul və bank kartları oğurlanıb. Bu barədə 22 sentyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə xəbər verib.

Şübhəli bilinən, Bakı şəhər sakini, əvvəllər də məhkum olunmuş və sonuncu dəfə törətdiyi oğurluq əməlinə görə axtarışda olan Vüsal Vəliyev saxlanılıb. Dindirilmə zamanı o, törətdiyi oğurluq faktını etiraf edib.

Aparılan əməliyyat tədbirləri nəticəsində onun törətdiyi daha bir analoji cinayət əməlinin üstü də açılıb. Belə ki, V.Vəliyevin sentyabr ayının əvvəlində Saatlı rayonu ərazisində yerləşən mağazaların birindən ümumi dəyəri 4 800 manatdan artıq olan qızıl-zinət əşyaları, bəzək və telefon aksesuarları, eləcə də 110 manat pul oğurlayaraq zərərçəkmişə maddi ziyan vurduğu da məlum olub.

Cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.