Saatlıda ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 23 yanvar tarixində xəbər verir.
Yanvarın 22-i saat 15:00 radələrində Saatlı şəhəri ərazisində yerləşən avtomobillərin təmiri sexində şəhər sakini S.Babayev sərxoş halda idarə etdiyi “VAZ-2107” markalı avtomobillə M.Qənbərovu və M.Xankişiyevi vurub.
Nəticədə M.Qənbərov hadisə yerində ölüb, M.Xankişiyev isə xəstəxanaya yerləşdirilib.
Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.