Saatlıda sərxoş sürücü ustaları vurub. Bu barədə 23 yanvar tarixində Report məlumat verib.
Hadisə yanvarın 22-də Saatlı şəhərinin M.F.Axundov küçəsində qeydə alınıb.
Belə ki, rayon sakini, 1980-ci il təvəllüdlü Babayev Seyran Fərhad oğlu nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, sərxoş halda təmir üçün ona verilmiş “VAZ-2107” markalı avtomobillə təmir məntəqəsinin həyətindən binaya daxil olarkən digər ustalar, Saatlı şəhər sakinləri – 1988-ci il təvəllüdlü Xankişiyev Mircəfər İlqar oğlunu və 1969-cu il təvəllüdlü Qənbərov Möhübbət Qənimət oğlunu vurub.
Nəticədə M.Qənbərov hadisə yerində ölüb, Mircəfər Xankişiyev isə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.