Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bu barədə 22 sentyabr tarixində Milli Hidrometeorologiya Xidməti məlumat verir.
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19°, gündüz 22-27° isti olacaq.
Azərbaycanın rayonlarında, əsasən, dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 16-20°, gündüz 23-28°, dağlarda gecə 4-9°, gündüz 12-17° isti olacaq.