Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bu barədə 27 sentyabr tarixində Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq, cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-21°, gündüz 22-27° isti olacaq.
Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gündüz yüksək dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-19°, gündüz 25-30°, dağlarda gecə 5-10°, gündüz 13-18° isti olacaq.