Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə İnsanoid Milli Hidrometeorologiya Xidmətinə istinadən bu gün, 26 oktyabr tarixində xəbər verir.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 14-17°, gündüz 22-27° isti olacaq.
Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16°, gündüz 24-29°, dağlarda gecə 3-8°, gündüz 12-17° isti olacaq.