“Ermənistanın atdığı addımlar düzgün deyil. Bununla barışmaq mümkün deyil. Bizim regionu sakitliyə dəvət etməkdən başqa çarəmiz yoxdur. Sabah Paşinyanla danışacağam, onlara bu barədə xəbərdarlıq edəcəyik və deyəcəyik ki, belə seçkilərin keçirilməsi qətiyyən mümkün deyil. Artıq görüşdüyüm ölkələrin heç biri bununla razılaşmır”, – bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G-20 sammiti çərçivəsində mətbuata açıqlamasında bildirib.
“Əslində Avropa İttifaqına (Aİ) üzv olan ölkələr bunu etmir”, – Türkiyənin lideri vurğulayıb.
Prezident Ərdoğan Avropa Şurasının prezidenti Şarl Mişellə görüşündə Mişelin də bu hadisələrə müsbət baxmadıqları fikrini ifadə etdiyini bildirib.