TÖVSİYƏ XƏBƏRLƏR

Sabah Azərbaycanda havanın temperaturu 35 dərəcəyədək yüksələcək

Mayın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bu barədə 24 may tarixində Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 25-30°, bəzi yerlərdə 33°-dək isti olacaq.

Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22°, gündüz 30-35°, dağlarda gecə 7-12°, gündüz 12-17°, bəzi yerlərdə 20-24° isti olacaq.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx