TÖVSİYƏ XƏBƏRLƏR

Sabah Bakıda 26° isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bu barədə 20 sentyabr tarixində Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19°, gündüz 21-26° isti olacaq. 

Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq.

Havanın temperaturu gecə 15-19°, gündüz 22-27°, dağlarda gecə 3-8°, gündüz 9-14° isti olacaq.