TÖVSİYƏ XƏBƏRLƏR

Sabah Bakıda 27° isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bu barədə 26 sentyabr tarixində Milli Hidrometeorologiya Xidməti məlumat verib.

Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20°, gündüz 22-27° isti olacaq.

Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gündüz yüksək dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20°, gündüz 24-29°, dağlarda 5-10°, gündüz 12-17° isti olacaq.