Bakıda və Abşeron yarımadasında, əsasən, yağmursuz olacaq. Bu barədə 29 may tarixində Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 17-22°, gündüz 26-31°, bəzi yerlərdə 33° isti olacaq.
Azərbaycanın rayonlarında, əsasən, dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda duman olacaq, mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22°, gündüz 31-36°, dağlarda gecə 7-12°, gündüz 13-18°, bəzi yerlərdə 20-25° isti olacaq.