TÖVSİYƏ XƏBƏRLƏR

Sabah Bakıda gündüz 15° isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bu barədə 9 mart tarixində Milli Hidrometeorologiya Xidməti məlumat verib.

Bəzi yerlərdə arabir duman olacaq. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 5-7°, gündüz 10-15° isti olacaq.

Azərbaycanın əksər rayonlarında hava, əsasən, yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6°, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx