TÖVSİYƏ XƏBƏRLƏR

Sabah Bakıda gündüz 21° isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bu barədə 25 mart tarixində Milli Hidrometeorologiya Xidməti məlumat verib.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 7-10°, gündüz 16-21° isti olacaq.

Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-11°, gündüz 18-23°, dağlarda gecə 0-5°, gündüz 6-11° isti olacaq.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx