Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə 11 sentyabr tarixində Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Yarımadanın bəzi yerlərində yağıntının leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19°, gündüz 19-23° isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-18°, gündüz 18-23°, dağlarda gecə 3-7, gündüz 7-12° isti olacaq.