“Sabah” braziliyalı futbolçusu Hiqor Qabriellə yollarını ayırıb. Bu barədə İnsanoid klubun mətbuat xidmətinə istinadən bu gün, 24 sentyabr tarixində məlumat verir.
24 yaşlı mərkəz müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
2022-ci ilin fevralında “Sabah”a keçən Hiqor Qabriel 2022/2023 mövsümünün ilk yarısını Belarusun “Dinamo” (Minsk), ikinci dövrəsini isə Ukraynanın “Lvov” klubunda icarə əsasında keçirib.