Bir neçə rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə İnsanoid “Azəriqaz” İstehsalat Birliyinə istinadən bu gün, 14 sentyabr tarixində xəbər verir.
Sabah saat 09:00-dan “Qusar-2” , “Şahdağ TK (QPS)” və “Zabrat 1” ölçü qovşağı üzərində, həmçinin saat 10:00-dan “Qaz İxrac” İdarəsi tərəfindən “Ağcabədi” QPS-də ölçü qovşağının giriş və çıxış xətləri üzərində təmir işləri aparılacaq.
Təmir-quraşdırma işləri aparılan müddətdə Sabunçu rayonunun Zabrat və Balaxanı qəsəbələrinin, həmçinin Qusar (böyük hissəsi) və Ağcabədi (tam olaraq) rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.